20 iyun 2026. Şənbə

“Tottenhem” Adam Uorton uğrunda mübarizəyə qoşuldu


  • Transfer
  • 16:19 20.06.2026
  • Oxunma sayı: 37
“Tottenhem” Adam Uorton uğrunda mübarizəyə qoşuldu

“Tottenhem” “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uortonun transferi uğrunda mübarizəyə qoşulub.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, London təmsilçisi Sandro Tonalinin transferi ilə bağlı yaranan çətinliklər fonunda 22 yaşlı futbolçunu heyətinə qatmaq üçün ciddi addımlar atmağa hazırlaşır.

“Tottenhem”in baş məşqçisi Roberto De Dzerbi İv Bissumanın gedişindən sonra Uortonu komandanın gücləndirilməsi üçün əsas namizədlərdən biri hesab edir. Bildirilir ki, klub yay transfer dövründə üçədək yarımmüdafiəçi heyətinə qata bilər.

Futbolçu ilə “Liverpul” və “Mançester Yunayted” də maraqlanır. Bununla belə, mümkün transfer istiqamətində ən fəal işi məhz “Tottenhem” aparır. Klub rəhbərliyi hesab edir ki, bu keçid Sandro Tonalinin transferindən daha real görünür. Belə ki, “Nyukasl” italiyalı yarımmüdafiəçini 117 milyon avrodan artıq məbləğdə dəyərləndirir.

Transferin qarşısındakı əsas maneə isə “Kristal Pelas”ın mövqeyidir. London klubu aparıcı futbolçularından biri ilə yollarını ayırmaq niyyətində deyil və hələlik heç bir iddiaçı ilə danışıqlara başlamayıb.

Adam Uorton ötən mövsüm 53 oyunda meydana çıxıb. Əsasən dayaq yarımmüdafiəçisi kimi çıxış edən futbolçu bu matçlarda bir qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun transfer dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.







Transfer