20 iyun 2026. Şənbə

Kerrik Reşfordu komandada saxlamaq istəyir


  • Transfer
  • 16:42 20.06.2026
  • Oxunma sayı: 43
Kerrik Reşfordu komandada saxlamaq istəyir

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik cinah oyunçusu Markus Reşfordun komandada qalmasının tərəfdarıdır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Kristian Falk məlumat yayıb.

 Mənbənin məlumatına görə, futbolçunun gələcəyi ilə bağlı yekun qərar hələ verilməsə də, onun “Old Trafford”da qalmaq ehtimalı hazırda kifayət qədər yüksək qiymətləndirilir.

Daha əvvəl “Barselona”nın futbolçunun transfer hüququnu 30 milyon avroya almaq imkanından istifadə etmədiyi bildirilmişdi. Bu səbəbdən icarə müddəti başa çatan Reşford yenidən İngiltərə klubuna qayıdacaq.

Xatırladaq ki, Reşford Ruben Amorimin baş məşqçi olduğu dövrdə komandanın planlarına daxil edilmədiyi üçün “Mançester Yunayted”dən ayrılmağa məcbur olmuşdu.







Transfer

Nikolas Pas qərarını verdi
  • Transfer
  • 18:14 20.06.2026
Nikolas Pas qərarını verdi