- Transfer
- 18:14 20.06.2026
“Lion” hücumçu Lui Opendanın transferi uğrunda mübarizəyə qoşulub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Canluka Di Marsio “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
Məlumata görə, hüquqları “Yuventus”a məxsus olan və əvvəlcə “Leypsiq”dən transfer edilən 26 yaşlı futbolçu bu yay Turin klubundan ayrıla bilər. Belçikalı futbolçunun transferi ilə “Monako”, “Nottingem Forest” və “Ayntraxt” klubları da maraqlanır.
Openda üçün İtaliya karyerası uğursuz alınıb. O, 37 oyunda cəmi 2 qol vurub. Halbuki əvvəlki klublarında – “Leypsiq” və “Lans”da yüksək məhsuldarlıqla çıxış edirdi.
Di Marsionun məlumatına görə, “Lion” hücum xəttini gücləndirməyə ciddi ehtiyac duyur və belçikalı futbolçunu əsas transfer hədəflərindən biri kimi görür.