20 iyun 2026. Şənbə

“Liverpul” almaniyalı yarımmüdafiəçi üçün hərəkətə keçdi


  • Transfer
  • 17:52 20.06.2026
  • Oxunma sayı: 21
“Liverpul” almaniyalı yarımmüdafiəçi üçün hərəkətə keçdi

Almaniyanın “Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Feliks Nmeça “Liverpul”un transfer siyahısına daxil edilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Qrem Beyli məlumat yayıb.

Məlumata görə, “Liverpul” 25 yaşlı futbolçunun transferi uğrunda mübarizəyə qoşulub. Bildirilir ki, Dortmund klubu almaniyalı futbolçu üçün 120 milyon avro tələb edir.

Yarımmüdafiəçiyə “Real Madrid”, “Mançester Siti”, “Çelsi” və “Mançester Yunayted” klubları da maraq göstərir.

Ötən mövsüm Nmeça bütün turnirlər nəzərə alınmaqla 42 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Nikolas Pas qərarını verdi
  • Transfer
  • 18:14 20.06.2026
Nikolas Pas qərarını verdi