20 iyun 2026. Şənbə

“Arsenal” Kənan Yıldız üçün hərəkətə keçdi


  • Transfer
  • 18:03 20.06.2026
  • Oxunma sayı: 33
“Arsenal” Kənan Yıldız üçün hərəkətə keçdi

İtaliyanın “Yuventus” klubunun cinah oyunçusu Kənan Yıldız “Arsenal”ın maraq dairəsindədir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

Məlumata görə, “Arsenal” son günlərdə 21 yaşlı futbolçu ilə bağlı yeni sorğular göndərib. Bildirilir ki, Yıldız yay transfer dövrünün ən çox tələb olunan futbolçularından birinə çevrilə bilər. Bununla belə, futbolçunun hazırda “Yuventus”a tam fokuslandığı və klubun layihəsində əsas fiqurlardan biri olduğu qeyd olunur.

Ötən mövsüm Yıldız bütün turnirlər daxil olmaqla 47 oyunda meydana çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına əsasən, türkiyəli futbolçunun bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Nikolas Pas qərarını verdi
  • Transfer
  • 18:14 20.06.2026
Nikolas Pas qərarını verdi