- Transfer
- 18:14 20.06.2026
“Komo”nun yarımmüdafiəçisi Nikolas Pas gələcək karyerası ilə bağlı mövqeyini dəyişməyib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Nikolo Şira “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O klublar arasında danışıqlar davam etdiyini, İtaliya klubunun 21 yaşlı futolçunu komandada saxlaya biləcəyinə inandığını qeyd edib.
Daha əvvəl Madrid “Real”ının Pası geri alma opsiyasını aktivləşdirərək futbolçunu daha sonra satmağı planlaşdırdığı bildirilmişdi. Lakin mənbənin məlumatına görə, argentinalı futbolçu hələ də “Komo”da qalmaq istəyir və Madrid klubuna qayıtmaq niyyətində deyil.
2025/26 mövsümündə Pas bütün turnirlər daxil olmaqla 40 oyuna çıxıb, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.