20 iyun 2026. Şənbə

"Real Madrid"dən Maykl Olise ilə bağlı rəsmi açıqlama


  • Transfer
  • 22:16 20.06.2026
  • Oxunma sayı: 31
"Real Madrid"dən Maykl Olise ilə bağlı rəsmi açıqlama

İspaniyanın "Real Madrid" klubu Almaniyanın "Bavariya" komandasının futbolçusu Maykl Olisenin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, Madrid təmsilçisi məsələ ilə bağlı rəsmi açıqlama yayıb.

Bəyanatda klubun futbolçu ilə maraqlanması barədə mediada yer alan məlumatların həqiqəti əks etdirmədiyi vurğulanıb.

"Real Madrid" bildirir ki, nə birbaşa, nə də dolayı yolla Maykl Olise, onun nümayəndələri və ya yaxın ətrafı ilə hər hansı əlaqə saxlanılmayıb.

Klub eyni zamanda uzun illərdir qarşılıqlı hörmət, əməkdaşlıq və etimada əsaslanan münasibətlər qurduğu "Bavariya" ilə yüksək səviyyəli institusional əlaqələrə malik olduğunu qeyd edib və həqiqətə uyğun olmayan məlumatların yayılmasından təəssüfləndiyini bildirib.

Açıqlamada vurğulanıb ki, hər iki klub arasında münasibətlər tarixən etimad və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub. Bu yanaşmaya əsasən, başqa kluba məxsus futbolçu ilə bağlı mümkün maraq yaranarsa, məsələ ilk növbədə klublar arasında müzakirə edilməlidir.

"Bu prinsip "Bavariya" və "Real Madrid" arasında uzun illərdir mövcud olan institusional sədaqət və qarşılıqlı hörmət ənənəsinin ayrılmaz hissəsidir", - deyə bəyanatda qeyd olunub.







Transfer

Nikolas Pas qərarını verdi
  • Transfer
  • 18:14 20.06.2026
Nikolas Pas qərarını verdi