22 iyun 2026. Bazar ertəsi

"Çelsi" Uorton üçün 86 milyon avrodan keçməyə hazırdır


  • Transfer
  • 22:18 21.06.2026
  • Oxunma sayı: 38
"Çelsi" Uorton üçün 86 milyon avrodan keçməyə hazırdır

"Kristal Pelas"ın dayaq yarımmüdafiəçisi Adam Uorton karyerasını "Çelsi"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə sabiq menecer, hazırda isə jurnalist kimi fəaliyyət göstərən Con Herriot məlumat yayıb.

Mənbənin iddiasına görə, "Çelsi" 21 yaşlı futbolçunun transferi ilə bağlı "Kristal Pelas"la razılığa gəlmək üzrədir. Bildirilir ki, London təmsilçisi Uorton üçün 86 milyon avro ödəməyə hazırdır.

Məlumata əsasən, futbolçunun özü də daha iddialı klubda çıxış etmək istədiyindən "Çelsi"yə keçidə müsbət yanaşır.

Eyni zamanda, "Kristal Pelas" rəhbərliyi "Çelsi"nin müdafiəçisi Aksel Disasinin transferi ilə bağlı danışıqlar aparır. Bu keçidin təxminən 23 milyon avroya başa gələcəyi gözlənilsə də, sözügedən razılaşmanın Uortonun transferi ilə əlaqəli olmadığı vurğulanır.

Qeyd edək ki, Adam Uorton ötən mövsüm bütün turnirlər daxil olmaqla 53 oyunda meydana çıxıb. O, bu görüşlərdə bir qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Nikolas Pas qərarını verdi
  • Transfer
  • 18:14 20.06.2026
Nikolas Pas qərarını verdi