22 iyun 2026. Bazar ertəsi

Berqvall "Tottenhem"dən ayrılmaq istəyir


  • Transfer
  • 22:24 21.06.2026
  • Oxunma sayı: 32
Berqvall "Tottenhem"dən ayrılmaq istəyir

"Tottenhem"in yarımmüdafiəçisi Lukas Berqvall yay transfer dövründə komandasını dəyişmək istədiyini klub rəhbərliyinə bildirib.

90deqiqe.Az xəbər verir ki, 20 yaşlı isveçli futbolçu ilə İngiltərə və Avropanın bir sıra klubları maraqlanır.

 İsveçli futbolçu Ange Postekoqlunun rəhbərliyi altında keçirdiyi ilk mövsümdə komandanın ən yaxşı oyunçularından biri olub və "Tottenhem"in Avropa Liqasının qalibi olmasına töhfə verib.

Lakin məşqçi dəyişikliyindən sonra Berqvallın komandadakı rolu xeyli azalıb. Tomas Frank və Roberto De Dzerbinin rəhbərliyi dövründə o, daha az oyun vaxtı alıb və əksər hallarda sevdiyi mərkəz yarımmüdafiə mövqeyindən kənarda çıxış edib.

Futbolçunun ayrılmaq istəyinə təsir edən amillərdən biri də klubun yarımmüdafiə xəttini gücləndirmək planlarıdır. "Tottenhem" bu mövqe üçün yeni futbolçuların transferini nəzərdən keçirir.

Daha əvvəl "Aston Villa" və "Çelsi" də Berqvallla maraqlansa da, həmin vaxt London təmsilçisi futbolçunun satışı ilə bağlı danışıqlara başlamaq istəməyib.

Qeyd edək ki, Berqvall 2024-cü ildə "Yurqorden"dən "Tottenhem"ə transfer olunub. Onun London klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayınadək qüvvədədir.

 Hazırda Lukas Berqvall dünya çempionatında iştirak edən İsveç millisinin düşərgəsindədir.







Transfer

Nikolas Pas qərarını verdi
  • Transfer
  • 18:14 20.06.2026
Nikolas Pas qərarını verdi