- Transfer
- 22:41 21.06.2026
“Liverpul”un yarımmüdafiəçisi Kertis Consun komandanı tərk etməsi ehtimalı azalıb.
90deqiqe.Az-ın “The Telegraph”a istinadən məlumatına görə, “İnter” futbolçunun transferi üçün ikinci dəfə təklif irəli sürsə də, İngiltərə klubu bu dəfə də razılaşmayıb.
Mənbənin bildirdiyinə görə, “İnter” təxminən 23,5 milyon avro təklif edib. Lakin “Liverpul” 25 yaşlı yarımmüdafiəçini təxminən 41 milyon avro dəyərində qiymətləndirir və daha aşağı məbləğdə danışıqlara getmək niyyətində deyil.
Qeyd edək ki, ötən mövsüm Kertis Cons kifayət qədər oyun vaxtı almamasından narazı olub. O, ümumilikdə 49 oyunda meydana çıxaraq orta hesabla hər matçda 58 dəqiqə oynayıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun “Liverpul”la mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.