24 iyun 2026. Çərşənbə

"Tottenhem" təcrübəli qapıçı ilə güclənir


  • Transfer
  • 00:10 24.06.2026
  • Oxunma sayı: 40
"Tottenhem" təcrübəli qapıçı ilə güclənir

Slovakiyalı qapıçı Martin Dubravka karyerasını "Tottenhem"də davam etdirməyə yaxındır.

 90deqiqe.Az xəbər verir ki, tərəflər arasında danışıqlar aktiv mərhələdədir.

Məlumata görə, 37 yaşlı qolkiperin iyunun 30-da Premyer Liqa təmsilçisi "Bernli" ilə müqaviləsi başa çatacaq. Bu səbəbdən Dubravka London klubuna azad agent kimi qoşula bilər və transfer üçün ödəniş tələb olunmayacaq.

Slovakiyalı qapıçı da London təmsilçisinə keçiddə maraqlıdır. Təcrübəli futbolçunun əsas məqsədi İngiltərə Premyer Liqasında çıxışını davam etdirməkdir.

Xatırladaq ki, Martin Dubravka uzun illər "Nyukasl"ın şərəfini qoruyub və komandanın əsas qapıçılarından biri olub.







Transfer

Salah “İnter”ə keçə bilər
  • Transfer
  • 00:45 24.06.2026
Salah “İnter”ə keçə bilər