- Transfer
- 01:13 24.06.2026
İngiltərənin “Arsenal” və İtaliyanın “Yuventus” klublarının sabiq yarımmüdafiəçisi Aaron Remzi məşqçi karyerasına başlayıb.
90deqiqe.Az xəbər verir ki, 35 yaşlı uelsli mütəxəssis İngiltərənin “Oksford Yunayted” klubunun baş məşqçisi təyin olunub.
Bu, Remzinin məşqçi kimi ilk iş təcrübəsidir. Qeyd edək ki, o, futbolçu karyerasını bir neçə ay əvvəl başa vurub. Son klubu Meksikanın “Pumas” komandası olub.
Remzi karyerası ərzində həmçinin “Nitsa”, “Kardiff Siti”, “Reyncers” və “Nottingem Forest” klublarının da formasını geyinib.
“Oksford Yunayted” ötən mövsüm Çempionşipdə 22-ci yeri tutaraq İngiltərə Futbol Liqasının Birinci Liqasına – üçüncü diviziona düşüb.