24 iyun 2026. Çərşənbə

İspan qapıçı “Barselona”dan ayrıldı


  • Transfer
  • 00:24 24.06.2026
  • Oxunma sayı: 40
İspan qapıçı “Barselona”dan ayrıldı

İspaniyanın “Barselona” klubu qapıçısı İnyaki Penyanın komandadan ayrıldığını rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 27 yaşlı qolkiper karyerasını Yunanıstanın “Panatinaikos” klubunda davam etdirəcək.

Penya “Barselona”nın əsas komandasında ümumilikdə 45 rəsmi matçda meydana çıxıb və qapısında 64 qol görüb. Kataloniya təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, ötən mövsüm İnyaki Penya icarə əsasında “Elçe” klubunda çıxış edib. Hazırda 27 yaşlı qapıçı karyerasında yeni mərhələyə qədəm qoymağa hazırlaşır.

Transfermarkt portalının məlumatına əsasən, qapıçının bazar dəyəri 4 milyon avro təşkil edir.







Transfer

Salah “İnter”ə keçə bilər
  • Transfer
  • 00:45 24.06.2026
Salah “İnter”ə keçə bilər