1 oktyabr 2026. Cümə axşamı

Tyago Silva yenidən “Fluminense”yə qayıtdı


  • Transfer
  • 00:36 24.06.2026
  • Oxunma sayı: 133
Tyago Silva yenidən “Fluminense”yə qayıtdı

Təcrübəli müdafiəçi Tyago Silva yeni klubuna qayıdıb.

90deqiqe.Az xəbər verir ki, Braziliyanın “Fluminense” klubu 41 yaşlı futbolçu ilə 2026-cı ilin sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, Tyago Silva karyerası ərzində artıq bir neçə dəfə “Fluminense”nin formasını geyinib. O, bu klubun heyətində ümumilikdə 186 rəsmi oyuna çıxıb, 18 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Təcrübəli müdafiəçi ötən mövsümün ikinci yarısını Portuqaliyanın “Portu” klubunda keçirib. İndi isə o, karyerasını yenidən vətənində davam etdirəcək.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir