24 iyun 2026. Çərşənbə

Kefren Tyuram PSJ-yə keçə bilər


  • Transfer
  • 00:40 24.06.2026
  • Oxunma sayı: 28
Kefren Tyuram PSJ-yə keçə bilər

“Yuventus”un yarımmüdafiəçisi Kefren Tyuram karyerasını yenidən Fransa çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, futbolçunun xidmətində PSJ klubu maraqlıdır.

Bildirilir ki, Turin təmsilçisinin baş məşqçisi Luchano Spaletti Tyurama toxunulmaz oyunçu kimi baxmır və bu səbəbdən futbolçunun yay transfer pəncərəsində satışa çıxarılması mümkündür.

Öz növbəsində, futbolçunun da “PSJ”yə keçid ideyasına müsbət yanaşdığı qeyd olunur. Onun əsas məqsədi Fransa millisində daha stabil oynamaq və qardaşı Markus Tyuramla birlikdə yığmada çıxış etməkdir.

Kefren Tyuram 2024-cü ildə 20 milyon avro qarşılığında “Nitsa”dan “Yuventus”a transfer olunub. Onun Turin klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.

2025/26 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə 45 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.







Transfer

Salah “İnter”ə keçə bilər
  • Transfer
  • 00:45 24.06.2026
Salah “İnter”ə keçə bilər