- Transfer
- 02:03 24.06.2026
“Mançester Siti”nin cinah hücumçusu Savio yay transfer dövründə klubunu dəyişə bilər.
90deqiqe.Az-ın “RTI Esporte”yə istinadən məlumatına görə, braziliyalı futbolçunun xidmətində “Arsenal” klubu maraqlıdır.
Bildirilir ki, “topçular” artıq futbolçu ilə ilkin əlaqə saxlayıb. “Mançester Siti” isə oyunçunun satışına açıqdır və yaxın günlərdə rəsmi təklifin irəli sürülməsi istisna edilmir.
Savio 2024-cü ildə Fransanın “Trua” klubundan “Mançester Siti”yə 25 milyon avroya transfer olunub. Onun müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.
2025/26 mövsümündə braziliyalı futbolçu bütün turnirlərdə 36 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.