24 iyun 2026. Çərşənbə

Salah “İnter”ə keçə bilər


  • Transfer
  • 00:45 24.06.2026
  • Oxunma sayı: 37
Salah “İnter”ə keçə bilər

“Liverpul”un sabiq hücumçusu Məhəmməd Salah karyerasını İtaliya çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın “Indykaila News”a istinadən məlumatına görə, misirli futbolçunun xidmətində “İnter” klubu maraqlıdır.

Bildirilir ki, İtaliya çempionu artıq hücumçunun transferi ilə bağlı danışıqlara başlamaq qərarı verib və futbolçunun hansı şərtlərlə müqaviləyə razı ola biləcəyini öyrənmək istəyir.

Salah 2017-ci ildən “Liverpul”un formasını geyinib. O, bu yay İngiltərə klubundan azad agent kimi ayrılıb.

Misirli hücumçu “qırmızılar”ın heyətində ümumilikdə 442 matçda 257 qol vurub və 123 məhsuldar ötürmə ilə yadda qalıb. Salah “Liverpul”la 8 trofey qazanıb, o cümlədən Çempionlar Liqası və iki İngiltərə Premyer Liqası çempionluğu əldə edib.







Transfer

Salah “İnter”ə keçə bilər
  • Transfer
  • 00:45 24.06.2026
Salah “İnter”ə keçə bilər