24 iyun 2026. Çərşənbə

Berqvall “Tottenhem”dən ayrılmağa yaxındır


  • Transfer
  • 01:13 24.06.2026
  • Oxunma sayı: 30
Berqvall “Tottenhem”dən ayrılmağa yaxındır

“Tottenhem”in yarımmüdafiəçisi Lukas Berqvall yay transfer dövründə klubunu dəyişə bilər.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, isveçli futbolçunun xidmətində “Aston Villa” klubu maraqlıdır.

Bildirilir ki, Birmingem təmsilçisi artıq “Tottenhem”lə oyunçunun transferi ilə bağlı danışıqlara başlayıb. Eyni zamanda “Aston Villa”  20 yaşlı futbol,u üçün maraq göstərən bir neçə klubdan yalnız biridir.

Məlumata əsasən, gənc yarımmüdafiəçi “Tottenhem”dən ayrılmağı nəzərdən keçirir, lakin onun üçün başqa bir Premyer Liqa klubuna keçid prioritet sayılmır.

Ötən mövsüm Lukas Berqvall “Tottenhem”in heyətində 33 matçda meydana çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Salah “İnter”ə keçə bilər
  • Transfer
  • 00:45 24.06.2026
Salah “İnter”ə keçə bilər