24 iyun 2026. Çərşənbə

“Ravenna” Ronaldinyonu heyətinə qatdı


  • Transfer
  • 02:03 24.06.2026
  • Oxunma sayı: 35
“Ravenna” Ronaldinyonu heyətinə qatdı

İtaliyanın C Seriyasında çıxış edən “Ravenna” klubu Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun transferini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, yeni futbolçunun təqdimat mərasimi ABŞ-nin Mayami şəhərində keçirilib.

Bildirilir ki, Ronaldinyo klubun heyətində yoldaşlıq oyunlarında iştirak edəcək, həmçinin brendin reklam və xeyriyyə layihələrində də yer alacaq.

Qeyd edək ki, Ronaldinyo karyerası ərzində “Qremio”, “Paris Sen-Jermen”, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Kerétaro” və “Fluminense” klublarında çıxış edib. O, həmçinin Hindistanda futzal komandalarında da oynayıb.

Braziliya millisinin sabiq ulduzu 1999–2013-cü illərdə milli komandanın formasını geyinib və bu müddətdə bir çox titullara, o cümlədən “Qızıl top” mükafatına sahib olub.







Transfer

Salah “İnter”ə keçə bilər
  • Transfer
  • 00:45 24.06.2026
Salah “İnter”ə keçə bilər