18 iyul 2026. Şənbə

Xabi Alonso keçmiş yetirməsini "Çelsi"yə gətirmək istəyir


  • Transfer
  • 22:14 24.06.2026
  • Oxunma sayı: 95
Xabi Alonso keçmiş yetirməsini "Çelsi"yə gətirmək istəyir

İtaliyanın "Komo" klubunun müdafiəçisi Yakobo Ramon karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, 21 yaşlı futbolçunun xidmətində İngiltərənin "Çelsi" klubu maraqlıdır.

Məlumata görə, ispaniyalı müdafiəçini London təmsilçisinin baş məşqçisi Xabi Alonso komandasında görmək istəyir. Mütəxəssis Yakobo Ramonla daha əvvəl də çalışıb. Belə ki, Alonso 2018/2019 mövsümündə Madrid "Real"ının gənclər komandasında baş məşqçi olarkən futbolçu onun rəhbərliyi altında çıxış edib.

Qeyd edək ki, Yakobo Ramon 2025-ci ildə iki milyon avro qarşılığında Madrid "Real"ından "Komo"ya keçib. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin 30 iyun tarixinədək qüvvədədir.

Müdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə 37 oyuna çıxıb, iki qola imza atıb. Futbolçunun transfer dəyəri 30 milyon avro qiymətləndirilir.







Transfer

Robin Qosens Almaniyaya qayıtdı
  • Transfer
  • 23:04 17.07.2026
Robin Qosens Almaniyaya qayıtdı