- Transfer
- 23:16 24.06.2026
"Mançester Siti"nin müdafiəçisi Ruben Diaş karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, portuqaliyalı futbolçunun xidmətində Madrid "Real"ı maraqlıdır.
Məlumata görə, 28 yaşlı müdafiəçi bu yay "kral klubu"na keçid variantını ciddi şəkildə nəzərdən keçirir. Bununla yanaşı, "Mançester Siti" rəhbərliyi təcrübəli futbolçunu komandada saxlamaq niyyətindədir.
Qeyd edək ki, Ruben Diaş 2020-ci ildə Portuqaliyanın "Benfika" klubundan "Mançester Siti"yə 71 milyon avro qarşılığında transfer olunub. Onun İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək qüvvədədir.
Müdafiəçi 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 33 oyunda meydana çıxıb və iki qola imza atıb. Futbolçunun transfer dəyəri hazırda 55 milyon avro qiymətləndirilir.