- Transfer
- 23:16 24.06.2026
"Real" klubu heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
90deqiqe.Az xəbər verir ki, "kral klubu"nun əsas transfer hədəflərindən biri "Çelsi"nin yarımmüdafiəçisi Enso Fernandesdir.
Məlumata görə, Madrid təmsilçisi artıq argentinalı futbolçunun tərəfi ilə danışıqlara başlayıb. Bildirilir ki, Enso Fernandes də "Real"ın formasını geyinmək istəyini gizlətmir.
Hələlik "Çelsi"yə rəsmi təklif daxil olmasa da, Madrid klubunun yaxın vaxtlarda bununla bağlı addım atacağı gözlənilir. London təmsilçisi isə 25 yaşlı yarımmüdafiəçini ucuz qiymətə buraxmaq niyyətində deyil. Klub futbolçu üçün 120 milyon funt-sterlinqə, yəni təxminən 140 milyon avroya yaxın məbləğ tələb edir.
Qeyd edək ki, Enso Fernandes son üç il yarımdır "Çelsi"nin formasını geyinir. Madrid klubunun baş məşqçisi Joze Mourinyu da argentinalı yarımmüdafiəçini komandasında görmək istəyir.