25 iyun 2026. Cümə axşamı

Dirk Kuyt "Fənərbağça"ya qayıtdı


  • Transfer
  • 22:41 24.06.2026
  • Oxunma sayı: 38
Dirk Kuyt "Fənərbağça"ya qayıtdı

Niderland futbolunun tanınmış simalarından olan Dirk Kuyt yenidən "Fənərbağça"ya qayıdıb.

90deqiqe.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis İstanbul təmsilçisinin məşqçilər korpusuna qoşulub. O, komandanın baş məşqçisi İsmayıl Kartalın köməkçisi vəzifəsində çalışacaq.

Tərəflər arasında imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Dirk Kuyt 2012-2015-ci illərdə "Fənərbağça"nın formasını geyinib və azarkeşlərin rəğbətini qazanıb. Niderlandlı futbolçu bu dəfə kluba məşqçi kimi qayıdıb.

Kuyt son olaraq 2025/26 mövsümündə Niderlandın ikinci liqasında çıxış edən "Dordrext" komandasının baş məşqçisi olub. Onun rəhbərlik etdiyi kollektiv mövsümü turnir cədvəlinin 10-cu pilləsində başa vurub.

Xatırladaq ki, "Fənərbağça" ötən mövsüm Türkiyə Superliqasında 81 xal toplayaraq ikinci yeri tutub. İstanbul təmsilçisi çempion olan "Qalatasaray"dan üç xal geri qalıb.







Transfer

Asensio "Real"da qalmaq istəyir
  • Transfer
  • 23:16 24.06.2026
Asensio "Real"da qalmaq istəyir