- Transfer
- 23:16 24.06.2026
Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandeşin gələcəyi ilə bağlı məsələyə aydınlıq gəlib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu yay transfer dönəmində "Mançester Yunayted"i tərk etməyəcək.
Məlumata görə, 30 yaşlı yarımmüdafiəçi növbəti mövsümdə də İngiltərə klubunun formasını geyinəcək. Bruno Fernandeş həm komanda yoldaşlarına, həm də yaxın ətrafına "Old Trafford"da qalmaq niyyətində olduğunu açıq şəkildə bildirib.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2020-ci ildə "Sportinq"dən "Mançester Yunayted"ə 65 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək qüvvədədir.
Bruno Fernandeş 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 37 oyunda meydana çıxıb. O, bu görüşlərdə doqquz qol vurub və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda yarımmüdafiəçinin transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.