25 iyun 2026. Cümə axşamı

"Tottenhem" təcrübəli qapıçı ilə müqavilə bağladı


  • Transfer
  • 22:51 24.06.2026
  • Oxunma sayı: 24
"Tottenhem" təcrübəli qapıçı ilə müqavilə bağladı

İngiltərənin "Tottenhem" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, London təmsilçisi son olaraq "Bernli"də çıxış edən Martin Dubravkanı transfer edib.

37 yaşlı qolkiper komandaya azad agent statusunda qoşulub. Tərəflər arasında imzalanan müqavilənin detalları açıqlanmayıb.

Transferdən sonra fikirlərini bölüşən slovakiyalı qapıçı yeni komandasında çıxış edəcəyi üçün həyəcanlı olduğunu bildirib:

"Bu, mən və ailəm üçün yeni bir mərhələdir. Hər şey çox sürətlə baş verdi və burada olduğum üçün çox xoşbəxtəm. Bu komandanın oyun üslubunu uzun müddətdir izləyirəm. "Tottenhem" İngiltərənin ən böyük klublarından biridir və yeni komanda yoldaşlarımla tanış olmaq, meydanda komandaya kömək etmək üçün səbirsizlənirəm".

Qeyd edək ki, Martin Dubravka karyerası ərzində "Jilina", "Esbyerq", "Slovan", "Sparta", "Nyukasl", "Mançester Yunayted" və "Bernli" klublarında çıxış edib.

Təcrübəli qapıçı Slovakiya millisinin heyətində keçirdiyi 60 oyunla da ölkəsinin futbol tarixində tanınan simalardan biri hesab olunur.







Transfer

Asensio "Real"da qalmaq istəyir
  • Transfer
  • 23:16 24.06.2026
Asensio "Real"da qalmaq istəyir