25 iyun 2026. Cümə axşamı

"Roma" "Çelsi"nin müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 22:56 24.06.2026
  • Oxunma sayı: 40
"Roma" "Çelsi"nin müdafiəçisini transfer etmək istəyir

"Çelsi"nin müdafiəçisi Aksel Disasi yay transfer dönəmində klubunu dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçunun xidmətində İtaliyanın "Roma" klubu maraqlıdır.

Məlumata görə, Roma təmsilçisi son saatlarda müdafiəçinin mümkün transferi ilə bağlı London klubuna müraciət edib. "Çelsi" isə futbolçunu 25 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, Aksel Disasi 2023-cü ildə "Monako"dan "Çelsi"yə 45 milyon avro müqabilində transfer olunub. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

Müdafiəçi 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında "Vest Hem"də keçirib. O, bu komandanın heyətində bütün turnirlər daxil olmaqla 17 oyunda meydana çıxıb və bir qol vurub.

Hazırda 27 yaşlı futbolçunun transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Asensio "Real"da qalmaq istəyir
  • Transfer
  • 23:16 24.06.2026
Asensio "Real"da qalmaq istəyir