- Transfer
- 23:16 24.06.2026
İtaliyanın "Yuventus" klubu yay transfer dönəmində hücum xəttini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın “LaStampa”ya istinadən məlumatına görə, Turin təmsilçisinin maraq dairəsində İngiltərənin "Aston Villa" klubunun hücumçusu Temmi Abraham yer alıb.
Məlumata görə, "Yuventus" 27 yaşlı futbolçunun transfer imkanlarını dəyərləndirir. "Aston Villa" isə ingilis forvardı təxminən 25 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Temmi Abraham "Çelsi" akademiyasının yetirməsidir. O, 2026-cı ilin yanvarında Türkiyənin "Beşiktaş" klubundan "Aston Villa"ya 21 milyon avro müqabilində transfer olunub. Futbolçunun İngiltərə təmsilçisi ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.
Hücumçu 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 42 oyunda meydana çıxıb. Abraham bu görüşlərdə 16 qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda futbolçunun transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.