- Transfer
- 23:16 24.06.2026
Fransalı yarımmüdafiəçi Orelyen Tçuameni bu yay Madrid "Real"ından ayrıla bilər.
90deqiqe.Az-ın “Indykaila News”a istinadən məlumatına görə, futbolçunun transferində İngiltərənin "Mançester Yunayted" klubu maraqlıdır. İyunun 23-də "qırmızı şeytanlar"ın nümayəndələri Londonda oyunçunun menecerləri ilə görüş keçiriblər. Tərəflər yarımmüdafiəçinin mümkün transferini müzakirə ediblər.
Tçuameni 2022-ci ildə "Monako"dan "Real"a 80 milyon avro qarşılığında transfer olunub. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.
2025/26 mövsümündə fransalı futbolçu "Real"ın heyətində bütün turnirlərdə 49 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub, 2 məhsuldar ötürmə edib.