- Transfer
- 23:16 24.06.2026
Müdafiəçi Raul Asensio karyerasını Madrid "Real"ında davam etdirmək niyyətindədir.
90deqiqe.Az-ın məlumatına görə, futbolçu paytaxt təmsilçisində qalmaq istəyir və komandanın yeni baş məşqçisi Joze Mourinyonu özünün kollektiv üçün faydalı oyunçu olduğuna inandırmağa çalışacaq.
Bununla belə, Madrid klubu Asensio ilə yolları ayırmağı planlaşdırır. Bildirilir ki, rəhbərlik yeni mərkəz müdafiəçisinin transferini reallaşdırmaq üçün futbolçunun satışını zəruri hesab edir.
Raul Asensio "Real"ın yetirməsidir. Onun klubla müqaviləsinin müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub.
Müdafiəçi 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 34 oyunda meydana çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun transfer dəyəri 20 milyon avro qiymətləndirilir.