- Transfer
- 23:57 25.06.2026
"Borussiya Dortmund" klubunun və Almaniya milli komandasının yarımmüdafiəçisi Feliks Nmeça Avropanın bir sıra aparıcı klublarının diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın “Sky Sport”a istinadən məlumatına görə, "Mançester Yunayted" 25 yaşlı futbolçuya marağını daha da artırıb. Bununla yanaşı, "Mançester Siti", "Liverpul" və Madrid "Real"ı da oyunçunun vəziyyətini yaxından izləyir.
Bildirilir ki, Nmeça hazırda bütün diqqətini dünya çempionatındakı çıxışına yönəldib və gələcəyi ilə bağlı məsələləri ikinci plana keçirib.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən, almaniyalı yarımmüdafiəçinin transfer dəyəri 50 milyon avro təşkil edir.
Feliks Nmeçanın Dortmund təmsilçisi ilə qüvvədə olan müqaviləsinin müddəti 2030-cu ilin ortalarınadək nəzərdə tutulub.