26 iyun 2026. Cümə

Çexiyalı qolkiper "Tottenhem"lə uzunmüddətli müqavilə imzalayacaq


  • Transfer
  • 22:29 25.06.2026
  • Oxunma sayı: 11
Çexiyalı qolkiper "Tottenhem"lə uzunmüddətli müqavilə imzalayacaq

"Tottenhem" klubunun qapıçısı Antonin Kinski karyerasını komandanın heyətində davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər yeni beşillik müqavilə ilə bağlı razılığa gəliblər. Roberto de Dzerbinin komandanın baş məşqçisi vəzifəsinə təyin olunmasından sonra çexiyalı qolkiper əsas heyətdə möhkəmlənib.

Antonin Kinski vaxtilə Rusiyanın "Saturn" klubunda çıxış etmiş keçmiş qapıçı Antonin Kinskinin oğludur. Gənc qolkiper bir il yarım əvvəl Praqanın "Slaviya" klubundan "Tottenhem"ə transfer olunub.

Ötən mövsüm ərzində Kinski 10 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda ümumilikdə 12 qol buraxıb.

Qeyd edək ki, "Tottenhem" daha əvvəl qapıçı mövqeyini İngiltərə Premyer Liqasında uzun illər çıxış etmiş təcrübəli əlcək sahibi ilə də gücləndirib.







Transfer