- Transfer
- 23:57 25.06.2026
"Arsenal" heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
90deqiqe.Az-ın “Daily Mail Sport”a istinadən məlumatına görə, London təmsilçisinin baş məşqçisi Mikel Arteta "Nyukasl"ın və Braziliya millisinin yarımmüdafiəçisi Bruno Quimareşi komandasında görmək istəyir.
Bildirilir ki, "Arsenal" artıq futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparıb. Hazırda "Nyukasl" London klubundan braziliyalı oyunçunun transferi ilə bağlı rəsmi müraciət gözləyir.
Eyni zamanda qeyd olunur ki, "Arsenal" rəhbərliyi yarımmüdafiə xəttinin gücləndirilməsi üçün digər namizədləri də nəzərdən keçirir.
28 yaşlı futbolçunun transfer dəyəri 70 milyon avro qiymətləndirilir. Braziliyalı futbolçunun "Nyukasl"la qüvvədə olan müqaviləsinin müddəti 2028-ci ilin ortalarınadək nəzərdə tutulub.