- Transfer
- 23:57 25.06.2026
Braziliyalı ulduz futbolçu Neymar Amerika təmsilçisi "Sinsinnati" ilə apardığı danışıqları dayandırıb.
90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə,34 yaşlı hücumçu danışıqlar prosesinin ləng getməsindən narazı qalıb. Belə ki, klub indiyədək futbolçuya rəsmi təklif təqdim etməyib.
Bildirilir ki, Neymar daha əvvəl maliyyə şərtləri razılaşdırılacağı təqdirdə "Sinsinnati"yə keçməyə hazır idi. Bu ilin aprel ayında klub nümayəndələri Braziliyaya səfər edərək futbolçunun atası ilə görüş keçirmişdilər.
Mənbənin məlumatına əsasən, Neymar hələ də Şimali Amerika çempionatına transfer variantını nəzərdən keçirir. Lakin bunun üçün təklif olunan şərtlərin onun gözləntilərinə uyğun olması vacibdir.
Qeyd edək ki, təcrübəli hücumçu daha əvvəl dünya çempionatında Braziliya millisinin Şotlandiyaya qarşı keçirdiyi oyunda meydana çıxıb.