- Transfer
- 23:57 25.06.2026
"Atletiko"nun hücumçusu Xulian Alvares karyerasını "Barselona"da davam etdirmək istəyir.
90deqiqe.Az-ın məlumatına görə, argentinalı futbolçunun adı son vaxtlar "Real" ilə də hallansa da, İspaniya mətbuatında yayılan məlumata görə, paytaxt təmsilçisi hazırda bu transferə xüsusi diqqət ayırmır.
Bildirilir ki, "Real" heyətin formalaşdırılması ilə bağlı digər hədəflərə fokuslanıb və Alvaresin ətrafında baş verənləri kənardan izləməklə kifayətlənir.
Mənbənin məlumatına əsasən, Madrid klubu futbolçunun açıqlamalarından sonra "Atletiko"nun hansı addımları atacağını gözləyir və vəziyyəti diqqətlə izləyir.
Xatırladaq ki, ötən ilin iyul ayında "Real" Xulian Alvares üçün 150 milyon avro təklif etmişdi. Lakin "Atletiko" rəhbərliyi həmin təklifə dərhal mənfi cavab vermişdi.