- Transfer
- 23:57 25.06.2026
"Real" heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
90deqiqe.Az-ın “Sport”a istinadən məlumatına görə, klubun əsas hədəflərindən biri "Bavariya"nın ulduz cinah oyunçusu Maykl Olisedir.
"Real"ın prezidenti Florentino Peres fransalı futbolçunun transferi ideyasından hələ də imtina etməyib.
Bildirilir ki, Madrid təmsilçisi bu keçidi reallaşdırmaq üçün yalnız rəsmi danışıqlar yolu ilə hərəkət edəcək. Klub rəhbərliyi "Bavariya" ilə münasibətlərə hörmətlə yanaşır və qeyri-rəsmi üsullardan istifadə etməyi düşünmür.
Mənbənin məlumatına əsasən, Florentino Peresin Oliseyə maraq göstərməsində Fransa millisində onun komanda yoldaşı olan Kilian Mbappenin tövsiyəsi də mühüm rol oynayıb. Bundan əlavə, baş məşqçi Joze Mourinyo da bu transferə müsbət yanaşır.
Qeyd olunur ki, sövdələşmənin baş tutması asan görünmür. Bununla belə, Vinisius Juniorun müqaviləsini uzatmaması və 2027-ci ildə komandadan ayrılması halında transfer ehtimalı daha da arta bilər.
Xatırladaq ki, "Bavariya" rəhbərliyi daha əvvəl Maykl Oliseni hətta çox yüksək məbləğ qarşılığında belə satmağı planlaşdırmadığını açıqlamışdı.