- Transfer
- 23:57 25.06.2026
"Mançester Yunayted" qapıçı mövqeyini gücləndirmək üçün yeni namizəd müəyyənləşdirib.
90deqiqe.Az-ın “The Sun”a istinadən məlumatına görə, İngiltərə təmsilçisinin maraq dairəsinə Şotlandiya millisinin əsas qapıçısı Anqus Qann düşüb. Klub rəhbərliyi Andre Onana və Altay Bayındırla yollarını ayırmağı nəzərdən keçirdiyi üçün təcrübəli qolkiper axtarışlarını davam etdirir.
30 yaşlı Anqus Qann son olaraq "Nottingem Forest"də çıxış edib və hazırda azad agent statusuna malikdir.
Qolkiper dünya çempionatında Şotlandiya millisinin heyətində keçirdiyi hər üç oyunda start heyətində yer alıb. O, Haiti, Mərakeş və Braziliyaya qarşı görüşlərdə komandasının qapısını qoruyub.
Bildirilir ki, Qann vaxtilə "Mançester Siti"nin akademiyasında yetişib. Həmin dövrdə hazırda "Mançester Yunayted"in idman direktoru vəzifəsini tutan Ceyson Uilkoks əvvəlcə akademiyada məşqçi, daha sonra isə rəhbər vəzifədə çalışıb.
Bu amilin transferin reallaşmasına müsbət təsir göstərə biləcəyi qeyd olunur.