1 oktyabr 2026. Cümə axşamı

Antoni Qordonun keçidi ilə bağlı yeni detallar açıqlandı


  • Transfer
  • 23:52 25.06.2026
  • Oxunma sayı: 127
Antoni Qordonun keçidi ilə bağlı yeni detallar açıqlandı

"Barselona" "Nyukasl"ın hücumçusu Antoni Qordonun transferini sürətləndirmək məqsədilə müqaviləyə əlavə şərtlər daxil edib.

90deqiqe.Az-ın “Mirror”a istinadən məlumatına görə, Kataloniya təmsilçisi futbolçunun keçidi üçün nəzərdə tutulan 70 milyon avroluq əsas məbləğdən əlavə, müəyyən şərtlərin yerinə yetirilməsi halında İngiltərə klubuna daha 10 milyon avro ödəyə bilər.

Bildirilir ki, əlavə ödənişin 5 milyon avroluq hissəsi "Barselona"nın Qordonun çıxış etdiyi müddətdə qazanacağı titullardan asılı olacaq. Daha 5 milyon avro isə hücumçunun fərdi göstəricilərinə və məhsuldarlığına bağlıdır.

Bununla yanaşı, "Nyukasl" futbolçunun Kataloniya klubundakı hər mövsümü üçün əlavə bonus da əldə edə bilər. Belə ki, Qordon mövsüm ərzində komandanın oyunlarının azı 60 faizində iştirak edərsə, İngiltərə təmsilçisinə hər il 1 milyon avro ödəniləcək.

Qeyd edək ki, futbolçunun "Barselona" ilə müqaviləsinin 2031-ci ilə qədər nəzərdə tutulduğu bildirilir







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir