26 iyun 2026. Cümə

Qonsalu Ramuş İtaliya nəhənginə keçməyə razıdır


  • Transfer
  • 23:57 25.06.2026
  • Oxunma sayı: 13
Qonsalu Ramuş İtaliya nəhənginə keçməyə razıdır

"Milan" yay transfer dövründə hücum xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, İtaliya nəhənginin əsas transfer hədəfi PSJ-nin hücumçusu Qonsalu Ramuşdur.

Portuqaliyalı futbolçu "Milan"a keçid variantına müsbət yanaşır. Klub rəhbərliyi artıq oyunçunun meneceri Jorje Mendeşlə əlaqə saxlayıb və tərəflər arasında aparılan danışıqlarda irəliləyiş əldə olunub.

Bildirilir ki, transferin yaxın vaxtlarda rəsmiləşdirilməsi ehtimalı yüksəkdir və Qonsalu Ramuşun yeni mövsümdən etibarən "Milan"ın formasını geyinməsi gözlənilir.

25 yaşlı hücumçunun transfer dəyəri 30 milyon avro qiymətləndirilir.

Hazırda Qonsalu Ramuş Portuqaliya millisinin heyətində dünya çempionatında iştirak edir.







Transfer