26 iyun 2026. Cümə

“Səbail” millinin sabiq qapıçısını transfer etdi


  • Transfer
  • 10:54 25.06.2026
  • Oxunma sayı: 25
“Səbail” millinin sabiq qapıçısını transfer etdi

Yeni mövsüm üçün heyətini formalaşdıran “Səbail” növbəti transferini rəsmiləşdirib.

Klubdan 90deqiqe.Az-a məlumata görə, Bakı təmsilçisi qapıçı Mehdi Cənnətovla 1+1 illik müqavilə imzalayıb.

34 yaşlı qolkiper son olaraq Azərbaycan Premyer Liqasında “Sumqayıt”ın formasını geyinib. Rusiyanın “Anji” klubunun yetirməsi olan təcrübəli qapıçı karyerası ərzində “Zirə”nin də uğurları üçün çalışıb.

Mehdi Cənnətov Azərbaycan milli komandasının heyətində də çıxış edib. O, yığmanın formasında 5 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Səbail” yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində transfer çalışmalarını davam etdirir.







Transfer