- Transfer
- 14:27 26.06.2026
Mərkəz hücumçusu Fisnik Asllani "Hoffenhaym"dan Dortmund "Borussiya"sına transfer olunub.
90deqiqe.Az xəbər verir ki, Dortmund təmsilçisi 23 yaşlı kosovolu hücumçunun müqaviləsində nəzərdə tutulan satınalma hüququndan istifadə edərək keçidi rəsmiləşdirib. Futbolçunun transferi "Borussiya"ya 30 milyon avroya başa gəlib.
Asllani ötən mövsüm bütün yarışlar daxil olmaqla 35 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 11 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Almaniya çempionatının 2025/2026 mövsümünün yekununa əsasən, Dortmund "Borussiya"sı 38 turda topladığı 73 xalla turnir cədvəlini ikinci pillədə başa vurub.