26 iyun 2026. Cümə

"Mançester Yunayted" Balebanı transfer etmək istəyir


  • Transfer
  • 13:43 26.06.2026
  • Oxunma sayı: 47
"Mançester Yunayted" Balebanı transfer etmək istəyir

"Brayton"un yarımmüdafiəçisi Karlos Baleba karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, "qırmızı şeytanlar" bu yay Manuel Uqarte komandadan ayrılacağı təqdirdə kamerunlu futbolçunun transferi üçün yenidən hərəkətə keçəcək.

Bildirilir ki, "Mançester Yunayted" Balebanın çıxışını yüksək qiymətləndirir. Lakin "Brayton" 22 yaşlı yarımmüdafiəçisini 93 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil.

Baleba ötən mövsüm bütün yarışlar daxil olmaqla 35 oyunda meydana çıxsa da, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

Yarımmüdafiəçinin "Brayton"la qüvvədə olan müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.







Transfer