- Transfer
- 14:27 26.06.2026
Braziliya millisinin və "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Quimareşin "Arsenal"a transferi baş tutmayacaq.
90deqiqe.Az-ın məlumatına görə, "sağsağanlar"ın rəhbərliyi yayılan şayiələrə baxmayaraq, nə "Arsenal"dan, nə də digər klublardan futbolçunun transferi ilə bağlı rəsmi təklif almayıb. Eyni zamanda klubun oyunçunu satışa çıxarmaq niyyətində olmadığı vurğulanır.
Quimareş də "Nyukasl"la müqaviləsini uzatmaq istəyir və klubuna sadiq qalmaq niyyətindədir.
28 yaşlı yarımmüdafiəçi 2022-ci ildən "Nyukasl"ın formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.