26 iyun 2026. Cümə

"Yuventus" Kolo-Muani ilə şəxsi şərtləri razılaşdırıb


  • Transfer
  • 14:10 26.06.2026
  • Oxunma sayı: 39
"Yuventus" Kolo-Muani ilə şəxsi şərtləri razılaşdırıb

Fransa PSJ-sinin hücumçusu Randal Kolo-Muaninin İtaliya “Yuventus”una mümkün transferi ilə bağlı yeni detallar açıqlanıb.

90deqiqe.Az-ın “Tuttsport”a istinadən məlumatına görə, Turin təmsilçisi 27 yaşlı fransalı futbolçu ilə əmək müqaviləsinin şərtlərini razılaşdırıb. Bildirilir ki, keçid reallaşarsa, Kolo-Muani beş illik müqaviləyə imza atacaq və illik beş milyon avro məvacib alacaq. Bundan əlavə, müqavilədə bonusların da nəzərdə tutulduğu qeyd olunur.

Mənbənin yazdığına görə, “Yuventus” və PSJ arasında da razılaşma əldə olunması yaxınlaşır. Paris klubu futbolçunun satışından 40 milyon avro tələb edir, Turin təmsilçisi isə 35 milyon avro təklif edir. Buna baxmayaraq, “Yuventus” transferin baş tutacağına optimist yanaşır.

Kolo-Muani ötən mövsüm icarə əsasında “Tottenhem”də çıxış edib. O, ümumilikdə 41 oyunda meydana çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer