- Transfer
- 14:27 26.06.2026
PSJ-nin cinah hücumçusu Bradli Barkola “Liverpul”a keçə bilər.
90deqiqe.Az-ın məlumatına görə, Mersisayd təmsilçisi futbolçunun vəziyyətini yaxından izləyir.
Fransalı oyunçunun təxminən 90 milyon avro qarşılığında satılması mümkündür. İddialara görə, “Liverpul” niderlandlı Kody Qakpo komandadan ayrılacağı təqdirdə hücum xəttini məhz Barkola ilə gücləndirməyi planlaşdırır.
Daha əvvəl isə “Arsenal”ın da “Pari Sen-Jermen”ə Barkolanın transferi üçün təklif göndərməyi planlaşdırdığı bildirilmişdi.
Geridə qalan mövsümdə 23 yaşlı futbolçu bütün turnirlərdə 49 oyuna çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.