26 iyun 2026. Cümə

Kazemiro Messi ilə eyni komandada çıxış edəcək


  • Transfer
  • 14:21 26.06.2026
  • Oxunma sayı: 39
Kazemiro Messi ilə eyni komandada çıxış edəcək

Braziliyalı yarımmüdafiəçi Kazemiro karyerasını ABŞ-da davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu “İnter Mayami” ilə tam razılığa gəlib. 33 yaşlı yarımmüdafiəçi kluba azad agent kimi qoşulub və 2028-ci ilin dekabrına qədər müqavilə imzalayıb.

Bildirilir ki, Kazemiro Lionel Messi çıxış edən komandaya keçmək üçün Səudiyyə Ərəbistanından gələn yüksək maaşlı təklifi, eləcə də üç Avropa klubunun marağını geri çevirib.

Futbolçu 2022–2025-ci illərdə “Mançester Yunayted”in şərəfini qoruyub. Ötən mövsüm Premyer Liqada 34 oyuna çıxan yarımmüdafiəçi 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer