- Transfer
- 14:27 26.06.2026
“Mançester Siti”nin hücumçusu Omar Marmuş karyerasını “Tottenhem”də davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi misirli futbolçu ilə ciddi şəkildə maraqlanır. Artıq tərəflər arasında danışıqlarda başlayıb.
Marmuş daha çox oyun vaxtı qazanmaq üçün klubdan ayrılmaq istəyir. London təmsilçisinin baş məşqçisi Roberto De Zerbi futbolçunu bəyənir və yaxın vaxtlarda transfer üçün rəsmi addım atılması planlaşdırılır.
Ötən mövsüm 36 oyunda meydana çıxan hücumçu 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.