27 iyun 2026. Şənbə

Dani Sebalyos "Real"dan ayrıldı


  • Transfer
  • 22:50 26.06.2026
  • Oxunma sayı: 33
Dani Sebalyos "Real"dan ayrıldı

 "Real" yarımmüdafiəçi Dani Sebalyosla yollarını ayırıb.

90deqiqe.Az  klubun rəsmi saytına istinadla xəbər verir ki,  tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.

İspaniyalı futbolçu 2017-ci ildən "Real"ın formasını geyinirdi. O, 2019-2021-ci illər aralığında icarə əsasında "Arsenal"da çıxış etsə də, sonradan yenidən Madrid təmsilçisinin sıralarına qayıtmışdı.

Sebalyos "Real"ın heyətində keçirdiyi 215 rəsmi oyunda yeddi qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Madrid klubu futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb.

29 yaşlı yarımmüdafiəçi artıq azad agent statusunda yeni komanda seçmək imkanına malikdir. Onun sabiq klubu "Betis"ə qayıda biləcəyi ilə bağlı iddialar səsləndirilir.







Transfer

Dani Sebalyos "Real"dan ayrıldı
  • Transfer
  • 22:50 26.06.2026
Dani Sebalyos "Real"dan ayrıldı