- Transfer
- 23:25 26.06.2026
PSJ-nin hücumçusu Qonsalu Ramuşun yaxın zamanda "Milan"a transfer olunacağı gözlənilir.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında aparılan danışıqlar yekun mərhələyə çatıb və transferin rəsmiləşdirilməsi an məsələsidir.
Bildirilib ki, İtaliya təmsilçisi portuqaliyalı futbolçunun keçidi üçün klub tarixinin ən bahalı transferlərindən birini reallaşdıracaq. Son məlumata əsasən, "Milan" 25 yaşlı hücumçu üçün 75 milyon avro ödəyəcək. Müqavilədə əlavə bonus ödənişlərinin də nəzərdə tutulduğu vurğulanır.
Qonsalu Ramuş PSJ-nin heyətində keçirdiyi 131 rəsmi oyunda 45 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Portuqaliyalı forvardın yaxın günlərdə "Milan"ın yeni futbolçusu kimi təqdim olunacağı gözlənilir.