- Transfer
- 23:25 26.06.2026
"Roma"nın və Ukrayna millisinin hücumçusu Artem Dovbik yenidən İspaniya çempionatına qayıda bilər.
90deqiqe.Az-ın məlumatına görə, futbolçu ilə ən ciddi maraqlanan klub "Betis"dir. Sevilya təmsilçisinin 28 yaşlı hücumçunu satınalma hüququ ilə birlikdə icarəyə götürmək istədiyi bildirilir.
Dovbikə maraq göstərən yeganə klub isə "Betis" deyil. İspaniyanın digər təmsilçisi "Vilyarreal" da ukraynalı forvardın vəziyyətini yaxından izləyir.
Qeyd olunur ki, hər iki klub ötən mövsümün nəticələrinə əsasən Avropanın ən nüfuzlu klub turnirinə vəsiqə qazanıb.
Artem Dovbik 2024-cü ildən "Roma"nın formasını geyinir. O, bundan əvvəl İspaniyada "Jirona"nın heyətində uğurlu çıxışı ilə diqqət çəkmişdi.
Ukraynalı hücumçunun İtaliya klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.