28 iyun 2026. Bazar günü

Kyeza yenidən İtaliyaya qayıda bilər


  • Transfer
  • 14:01 28.06.2026
  • Oxunma sayı: 36
Kyeza yenidən İtaliyaya qayıda bilər

"Liverpul"un cinah hücumçusu Federiko Kyeza yay transfer dövründə komandasını dəyişə bilər.

90deqiqe.Az-ın “Football Insider”a istinadən məlumatına görə, İngiltərə təmsilçisi 28 yaşlı futbolçuya yeni klub axtarmaq üçün icazə verib.

Bildirilir ki, italiyalı futbolçunun vətəninə qayıtmaq ehtimalı yüksəkdir.

Kyeza daha əvvəl İtaliya çempionatında "Yuventus" və "Fiorentina"nın heyətində çıxış edib.

Federiko Kyezanın "Liverpul"la müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədədir. Futbolçunun transfer dəyəri 13 milyon avro qiymətləndirilir.

O, başa çatan mövsümdə bütün turnirlərdə 36 oyuna çıxıb, üç qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer